Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 17:12
“e-culture” platforması yaradılacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.
Sənədə əsasən, Mədəniyyət Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026– 2027-cı illərdə mədəniyyət sahəsində dövlət informasiya resurslarının birləşdirilməsi və ya əlaqələndirilməsi, vahid kommunikasiya siyasətinin həyata keçirilməsi məqsədilə “e-culture” platformasının yaradılmasının təmin edilməsini, “e-culture” platformasının test edilməsini, “e-culture” platforması vasitəsilə mədəniyyətə əlçatanlığın və yaradıcılıqda geniş iştirakçılığın təmin edilməsini təmin etməlidir.
Firuzə Vahid e-culture platforma Mədəniyyət Nazirliyi