Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 15 Jan 2026 16:36
"Bank Avrasiya" 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci il ərzində "Bank Avrasiya"nın xalis mənfəəti əvvəlki illə müqayisədə 29.3% artaraq 5 milyon 81 min manat təşkil edib. 2024-cü ildə bank 3 milyon 929 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 9.3% artaraq 16 milyon 515 min manat, faiz xərcləri isə 9% artaraq 2 milyon 476 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3 milyon 88 min manata ( illik müqayisədə 18.3% çox), qeyri-faiz xərcləri isə 10 milyon 483 min manata ( illik müqayisədə 18.9% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 5 milyon 106 manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 9.7% azdır.
Cari ilin yanvar ayının 1-nə bankın aktivləri ötən ilin əvvəli ilə müqayisədə 6.7% və ya 13.5 milyon manat artaraq 214 milyon 509 min manata bərabər olub . Ötən il "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.72% və ya 975 min manat artaraq 137 milyon 139 min manata bərabər olub.
Bu dövrdə "Bank Avrasiya"nın cəmi öhdəlikləri 124 milyon 525 min manat təşkil edib ki, əvvəlki illə müqayisədə 7% və ya 8.2 milyon manat çoxdur.
2025-ci ildə fiziki şəxslərin depozitləri 2024-cü ilə nisbətən 4.9 milyon manat artaraq 61 milyon 347 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 3.6 milyon manat artaraq 10 milyon 133 min manat olub. Beləliklə bankın ümumi depozit portfeli ötən il 13.4% və ya 8 milyon 466 min manat manat artaraq 71 milyon 814 min manat olub.
2026-cı il yanvar ayının 1-nə "Bank Avrasiya"nın cəmi kapitalı ötən ilin əvvəli ilə müqayisədə 6.3% və ya 5 milyon 339 min manat artaraq 89 milyon 984 min manat təşkil edib.
Şükran Məmmədov "Bank Avrasiya" Hesabat .