Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 16 Jan 2026 09:15

Amerika fond bazarlarında Dow Jones indeksi 0.60% - 49,442.44 bəndə, S&P 500 indeksi 0.26% – 6,944.47 bəndədək, Nasdaq indeksi isə 0.25% – 23,530.02 bəndə qədər artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0.54% – 10,238.94 bəndə kimi, Almaniyanın DAX indeksi 0.26% – 25,352.39 bəndə qədər artıb, Fransanın CAC-40 indeksi 0.21% - 8,313.12 bəndədək azalıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,01% artaraq 1.1610 dollar təşkil edib.

Şükran Məmmədov Birja DAX indeksi Nasdaq indeksi CAC-40 indeksi

Xəbər Lenti