Əhali “Bank Respublika”dan 32 mln. manatdan çox depoziti geri çəkib - HESABAT

Tarix: 16 Jan 2026 10:08

“Bank Respublika” 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci ildə “Bank Respublika”nın xalis mənfəəti 60 milyon 593.6 min manat təşkil edib. Hesabat dövründə bankın faiz gəlirləri 25.9% artaraq 299 milyon 578 min manat, faiz xərcləri isə 35.5% artaraq 129 milyon 847 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 40 milyon 240 min manata ( illik müqayisədə 6.8% çox), qeyri-faiz xərcləri isə 127 milyon 688 min manata ( illik müqayisədə 14.6% çox) bərabər olub.

Cari ilin yanvar ayının 1-nə bankın aktivləri ötən ilin əvvəli ilə müqayisədə 25.2% və ya 549 milyon manat artaraq 2 milyard 725 milyon 674 min manata bərabər olub. Ötən il “Bank Respublika”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 12.3% və ya 181.7 milyon manat artaraq 1 milyard 653.6 milyon manata bərabər olub.

Bu dövrdə “Bank Respublika”nın cəmi öhdəlikləri 2 milyard 476.3 milyon manat təşkil edib ki, əvvəlki illə müqayisədə, bu, 25.2% və ya 498.3 milyon manat çoxdur.

2025-ci ildə fiziki şəxslərin depozitləri 2024-cü ilə nisbətən 5.1% və ya 32.5 milyon manat azalaraq 603 milyon 726 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 5.8% və ya 41.6 milyon manat artaraq 753 milyon 432 min manat olub.

Hesabat dövründə bankın, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri ilin əvvəli ilə müqayisədə 92.9% və ya 486.1 milyon manat artaraq 1 milyard 9.6 milyon manata yüksəlib.

2026-cı il yanvar ayının 1-nə “Bank Respublika”nın cəmi kapitalı ötən ilin əvvəli ilə müqayisədə 25.6% və ya 50 milyon 764 min manat artaraq 249 milyon 404 min manat təşkil edib.

Şükran Məmmədov “Bank Respublika” Hesabat depozit portfeli Maliyyə “Bank Respublika” depozitlər azalıb

Xəbər Lenti