Cümə, 16 Yanvar, 2026
Tarix: 16 Jan 2026 09:52
Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə tədarükündə təxminən 23% artım gözlənilir.
“APA-Economics”in Qazaxıstanın "KazMunayQaz" milli şirkətinin rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, Qazaxıstanın neft ixracının şaxələndirilməsi strategiyası çərçivəsində Aktaudan BTC istiqamətində tədarüklər artan dinamika nümayiş etdirir. 2025-ci ilin yekunlarına əsasən, bu marşrutla 1,3 mln. ton Qazaxıstan nefti nəql edilib.
2026-cı ildə isə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə daşınan Qazaxıstan neftinin həcminin 1,6 mln. tona qədər artırılması gözlənilir ki, bu da illik ifadədə təxminən 23% artım deməkdir.
Emil İsmayılov BTC Qazaxıstan KazMunayQaz