Coratda tarixi hamamların təhlükəli vəziyyətdə olması ilə bağlı məsələyə münasibət bildirilib

Tarix: 16 Jan 2026 16:31

Corat qəsəbəsində yerləşən Hacı Məcid və Hacı Əmrulla adları ilə tanınan hamamlar tarixi abidələrin reyestrinə daxil deyil. Həmin tiklilərin tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, reyestrə daxil edilməsi üçün yeni aşkar edilmiş abidə qismində qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən tarixi memarlıq əhəmiyyətli hamamların təhlükəli vəziyyətdə olduğu ilə bağlı xəbərlər yayılıb.

İlkin Naib Corat abidə hamam Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

Xəbər Lenti