Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş müraciət edib

Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş müraciət edib

Tarix: 16 Jan 2026 15:51

Yanvarın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 18 170 vətəndaş müraciəti daxil olub.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Müraciətlərin 675-i elektron, 875-i yazılı qaydada, 2 128-i sosial media, 12 455-i isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 037 müraciət qeydə alınıb. Qeyd olunub ki, müraciətlər eksternat imtahanı, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.

Gülcahan Məmmədova Elm və Təhsil Nazirliyi vətəndaş müraciəti
Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş müraciət edib

Mənbə: apa.az

Xəbər Lenti