Cəfər Cabbarlının büstünün restavrasiyasına başlanılıb, "Kinopark"ın layihələndirilməsi yekunlaşır - VİDEO

Tarix: 17 Jan 2026 17:16

Cəfər Cabbarlının adını daşıdığı Azərbaycanfilm kinostudiyasının həyətində yerləşən büstünün restavrasiyasına başlanılıb.

Bu barədə APA-ya Kinostudiyadan məlumat verilib.

Bildirilib ki, büstün bərpası işlərinə Rəssamlıq Akademiyasının mütəxəssisləri cəlb olunur, növbəti mərhələdə ətrafda abadlıq işləri həyəta keçirilməsi nəzərdə tutulub.

"Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının bazasında "Kinopark" layihəsi inkişaf etdirilir və tezliklə yekunlaşacaq. Nəticədə burada onlarla kinoşirkəti əhatə edən, yüzlərlə insanın çalışacağı məkan formalaşacaq və kino sənayesinin müxtəlif qurumları burada cəmləşəcək", - məlumatda qeyd olunub

Nadir Yalçın Azərbacanfilm kinostudiya Cəfər Cabbarlı büst restarvasiya

Xəbər Lenti