Əmtəə bazarlarında qızılın qiyməti 4 675 dolları ötüb

Tarix: 19 Jan 2026 09:27

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1,78% artaraq 4 677,15 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 5,24% artaraq 93,177 ABŞ dolları olub.

Emil İsmayılov COMEX qızıl gümüş

Xəbər Lenti