Ötən il Azərbaycan iqtisadiyyatına 21 mlrd. manatdan çox investisiya qoyulub

Tarix: 19 Jan 2026 10:16

2025-ci ildə Azərbaycanda əsas kapitala 21226,1 milyon manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya yönəldilib.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb. İstifadə olunmuş investisiyanın 10972,1 milyon manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinə, 7179,6 milyon manatı (33,8 faizi) xidmət sahələrinə, 3074,4 milyon manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 17023,0 milyon manatını və ya 80,2 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 16018,3 milyon manatı və ya 75,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Şükran Məmmədov Azərbaycan iqtisadiyyat əsas kapital vəsait investisiya

Xəbər Lenti