Ötən il dövlət büdcəsinin xərcləri proqnozdan 2.8 mlrd. manat az icra edilib

Tarix: 19 Jan 2026 14:31

2025-ci ildə dövlət büdcəsinə 39 milyard 131,2 milyon manat vəsait daxil olub, büdcədən 38 milyard 603,6 milyon manat vəsait xərclənib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, büdcənin icrasında 527,6 milyon manatlıq profisit yaranıb.

Xatırladaq ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat proqnozlaşdırılmışdı. Beləliklə ötən il büdcə gəlirləri proqnozdan 775.2 milyon manat çox, büdcə xərcləri isə 2 milyard 804 milyon manat az icra edilib.

Şükran Məmmədov dövlət büdcəsi

Xəbər Lenti