Azərbaycanın neft-qaz sektorunun 2025-ci il üzrə əsas göstəriciləri - CƏDVƏL

Tarix: 19 Jan 2026 14:29

Ötən il Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 37 618,4 milyard manat olmaqla, əvvəlki ilin göstəricisinə nisbətən 2,5% azalıb.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 34 003 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 2,6% azalma deməkdir.

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:

Fəaliyyət növlərinin adı

2025-ci ildə istehsal edilmişdir, milyon manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə

Mədənçıxarma sənayesi

37 618,4

97,5

Xam neft və təbii qaz hasilatı

34 003

97,4

Metal filizlərinin hasilatı

744,0

147,3

Mədənçıxarma sənayesinin digər sahələri

238,8

101,2

Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi

2 632,6

94,8

Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 27 616,1 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 38 881,7 mln. kub metr təşkil edib.

Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin göstəricisi ilə müqayisədə 4,8% azalıb, əmtəəlik qaz hasilatı isə 0,7% artıb.

Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:

Məhsul növləri

2025-ci ildə istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.01.2026-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Xam neft və təbii qaz hasilatı

Xam neft (qaz kondensatı daxil olmaqla), min ton

27 679,6

95,3

226

ondan əmtəəlik

27 616,1

95,2

226

Təbii qaz, milyon kub metr

50 915,8

101

-

ondan əmtəəlik

38 881,7

100,7

-

Emil İsmayılov Dövlət Statistika Komitəsi neft və qaz hasilatı mədənçıxarma sənayesi

Xəbər Lenti