Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 14:22
Beynəlxalq Valyuta Fondu (IMF) 2026-2027-ci illər üçün bir barel neftin orta qiyməti üzrə proqnozunu açıqlayıb.
Bu barədə “APA-EConomics” BVF-in dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair növbəti hesabatına istinadən xəbər verir.
Proqnoza əsasən, cari ildə bir barel neftin orta qiyməti 62,13 ABŞ dolları, 2027-ci ildə isə 62,17 dollar səviyyəsində olacaq.
Hesabat müəlliflərinin qiymətləndirmələrinə görə, cari ildə neft qiymətləri 8,5% azalacaq, gələn il isə 0,1% artım qeydə alınacaq. Eyni zamanda, bu proqnozlar Fondun ötən ilin oktyabrında dərc edilmiş əvvəlki dünya iqtisadiyyatına dair hesabatı ilə müqayisədə yenilənib: 2026-cı il üzrə göstərici 4% aşağı salınıb, 2027-ci il üzrə proqnoz isə 0,3% artırılıb.
Emil İsmayılov IMF neftin qiyməti