IMF Azərbaycanın yerləşdiyi region üzrə iqtisadi artım proqnozunu 4%-ə kimi yüksəldib

Tarix: 19 Jan 2026 15:42

Beynəlxalq Valyuta Fondu (IMF) Yaxın Şərq və Mərkəzi Asiya regionunda iqtisadi artımın 2025-ci ildəki 3,7 faizdən 2026-cı ildə 3,9 faizə, 2027-ci ildə isə 4,0 faizə yüksələcəyini proqnozlaşdırır.

"APA-Economics" bu barədə IMF-ə istinadən xəbər verir. Məlumata görə, IMF region üzrə iqtisadi artım proqnozunu 2026-cı il üzrə 0,1 faiz, 2027-ci il üzrə 0,2 faiz bəndi artırıb.

Qeyd edilib ki, bu artım neft hasilatının artması, daxili tələbin dayanıqlılığı və davam edən islahatlar hesabına dəstəklənir.

Rahim Tarıverdiyev IMF BVF Beynəlxalq Valyuta Fondu iqtisadi artım ÜDM Azərbaycan region

Xəbər Lenti