Azərbaycanda mənzillər 12%-dən çox bahalaşıb

Tarix: 19 Jan 2026 15:30

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin yanvar-dekabr aylarına nisbətən 12.2% artıb.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.7%, təkrar mənzil bazarında isə 12.2% artıb.

Qeyd edək ki, 2025-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin III rübü ilə müqayisədə 3,1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 4,3 faiz, təkrar mənzil bazarı üzrə 3 faiz artıb.

Şükran Məmmədov mənzil qiymətləri ev qiymətləri mənzillər bahalaşıb

Xəbər Lenti