Azərbaycanda ötən il dənizlə daşınan yüklərin 47%-i neftin payına düşüb

Tarix: 19 Jan 2026 15:22

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ildə daşınmış yüklərin həcmi 9 089,6 min ton təşkil edib və əvvəlki ilə nisbətən 5,4% artıb.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Bildirilib ki, hesabat dövründə daşınan yüklərin 47,5%-ni neft yükləri təşkil edib.

Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilə nisbətən 10,2% azalaraq 25,5 min nəfər olub.

“Dəniz limanları tərəfindən 129 59,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 246,3 min tonunu və ya 79,1%-ni tranzit yüklər təşkil edib. 2026-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 441,3 min ton olub”, - hesabatda bildirilir.

Emil İsmayılov Dövlət Statistika Komitəsi dəniz nəqliyyatı dəniz limanları

Xəbər Lenti