BTC ilə ötən il nəql olunan neftin həcmi açıqlanıb

Tarix: 19 Jan 2026 15:09

Ötən il Azərbaycanda neft kəmərləri ilə 36 306,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 6,3% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 74,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 27 179,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 7,8% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8%-i və ya 23 056,9 min tonunu Azərbaycanda hasil edilən neft (4,6% azalma), 15,2%-i və ya 4 122,3 min tonunu (22,2% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Emil İsmayılov Dövlət Statistika Komitəsi BTC neft kəmərləri tranzit nefti

Xəbər Lenti