Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 16:19
2025-ci ildə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyanın həcmi 4 milyard 202.8 milyon manat təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 28 faiz çoxdur.
Qeyd edək ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 4048,4 milyon manatı (96,3 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İsveçrə, Yaponiya, İran İslam Respublikası, Macarıstan, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Şükran Məmmədov İnvestisiya qoyuluşu Azərbaycan iqtisadiyyatına investisiya Əsas Kapital