Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 17:28
Avropa İttifaqı Azərbaycanda sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiqdir.
APA xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi səfir Mariyana Kuyundziçin Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı özünün "X" hesabında məlumat verib.
"36 il əvvəl baş verən bu faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ Azərbaycanda, Cənubi Qafqazda və dünyada sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiqdir”, - H.E. Kuyundziç bildirib.
Toğrul Quluzadə Avropa İttifaqı Kuyundziç Azərbaycan

