Azərbaycan XİN Kəraçidə baş vermiş yanğınla bağlı Pakistana başsağılığı verib

Tarix: 19 Jan 2026 22:57

“Pakistanın Kəraçi şəhərindəki ticarət mərkəzində baş verən faciəli yanğın nəticəsində günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən hadisədən dərin kədər hissi keçiririk.”

APA xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.

XİN-in yaydığı bəyanatda həmçinin deyilir: “Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyir və bu çətin dövrdə Pakistanla həmrəy olduğumuzu bildiririk”.

Xəbər Lenti