Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 10:36
Belçika səfir Julyen de Frepon diplomatik korpusun nümayəndələri ilə birlikdə 1990-cı ilin faciəli 19–20 yanvar hadisələrini yad etmək məqsədilə Şəhidlər xiyabanını ziyarət edib.
APA xəbər verir ki, bu barədə Belçika səfirliyinin paylaşımında deyilir.
“Biz hadisə qurbanlarını ehtiramla xatırlayır və Azərbaycanın öz müstəqilliyini bərpa etmək yolunda ağrılı, lakin qətiyyətli bir yol keçdiyini qəbul edirik”, - paylaşımda deyilir.
https://twitter.com/BelgiuminBaku/status/2013491683413934317Firuzə Vahid Belçika səfiri Julyen de Frepon diplomatik korpus 20 yanvar hadisələri Şəhidlər xiyabanı