Litva Prezidenti: Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi

Tarix: 20 Jan 2026 10:28

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

APA xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib.

“Litva 1990-cı ilin yanvarında sovet təcavüzü zamanı şəhid olmuş günahsız insanların müqəddəs xatirəsini yad edən Azərbaycanın yanındadır.

Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin ruhları şad olsun”, - paylaşımda deyilir.

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar şəhidləri

Xəbər Lenti