Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 10:16
Tehrandakı səfirliyimiz və Təbrizdəki Baş konsulluğumuz İrandakı Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdədir, bütün bu müddət ərzində fəaliyyət bir an belə olsa dayanmayıb.
APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, İranda olan Azərbaycan vətəndaşları hər hansı çətinliklə üzləşəndə bununla bağlı müraciət edə bilərlər:
"Biz burada hər hansı ciddi problem görmürük, səfirliyimiz və baş konsulluğumuz fəaliyyətdədir".
Toğrul Quluzadə xarici işlər naziri Ceyhun Bayramov İranda etirazlar