Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 12:05
“Sovet İttifaqının qanlı müdaxiləsi Azərbaycanın istiqlal yürüşünü əngəlləyə bilmədi”.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının qrup iclasında bildirib.
O deyib ki, 20 Yanvar Türk millətinin zəngin yaddaşında dərin ağrı və iztirabın ortaq əks-sədası kimi yaşayır.
Bağçalı 20 Yanvar faciəsi ilə bağlı tarixi faktlara toxunaraq faciə qurbanlarını yad edib.
“Bu silahlı müdaxilə tarixə Qara Yanvar kimi düşmüş faciəli bir gündür. Lakin bu vəhşi müdaxilə Azərbaycan türklüyünün istiqlal yürüşünü dayandıra bilmədi.
20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda ödədiyi ən ağır bədəllərdən biri olmaqla yanaşı, Türk millətinin zəngin yaddaşında dərin bir ağrı və iztirabın ortaq əks-sədası kimi yaşayır.
Digər tərəfdən, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi uzun illər səbir və inamla gözlənilən azadlığın və ədalətin təcəssümünə şahidlik etdi”, - MHP lideri vurğulayıb.
Dəryanur Cəfərova MHP Dövlət Bağçalı 20 Yanvar