Ötən il Azərbaycanda 2.3 mlrd. ədəddən çox yumurta istehsal edilib

Tarix: 20 Jan 2026 13:34

2025-ci ildə Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 659,2 min ton ət, 2305,9 min ton süd, 2342,9 milyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə yumurta istehsalı 1,8 faiz, süd istehsalı 0,3 faiz artıb, ət istehsalı eyni səviyyədə qalıb, yun istehsalı 1,3 faiz, barama istehsalı 22,1 faiz azalıb.

Qeyd edək ki, 2025-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 14 milyard 189,5 milyon manat təşkil edib ki, onun da 7 milyard 441 milyon manatı heyvandarlıq, 6 milyard 748,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. 2024-cü illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,9 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,3 faiz, bitkiçilik məhsulları istehsalı 1,5 faiz artıb.

Şükran Məmmədov yumurta istehsalı Azərbaycanda yumurta istehsalı Ət istehsalı

Xəbər Lenti