Sabah Xankəndi şəhərinə ilk köç olacaq

Tarix: 20 Jan 2026 13:28

Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç olacaq.

APA xəbər verir ki, Xankəndi sakinləri uzun illərdən sonra öz doğma şəhərinə qayıtmağa başlayır.

Qeyd edək ki, bir müddət əvvəl Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk köçlə bağlı püşkatma olub. Püşkatma Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə qayıdacaq ailələr arasında keçirilib. Püşkatma nəticəsində ailələrin hansı binada və mənzildə yaşayacağı müəyyənləşib.

Xatırladaq ki, ötən il dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köç başlayıb.

Xankəndi köç Kərkicahan qəsəbəsi

Xəbər Lenti