Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 13:01
Ötən il Azərbaycan Gürcüstandan ümumi dəyəri 213,3 milyon ABŞ dolları olan 7 814 ədəd minik avtomobili idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında məlumat yayılıb.
İllik müqayisədə avtomobillərin tədarükündə dəyər baxımından 26,47%, say baxımından isə 1,6 dəfə azalma qeydə alınıb. Avtomobillərin bir ədədinin orta qiyməti 27 min ABŞ dollarından çox olub.
2025-ci ildə Gürcüstandan ümumilikdə 2,81 milyard ABŞ dolları dəyərində 111 265 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7,02%-i Azərbaycana yönəldilib.
Cəmilə Babayeva Gürcüstan iqtisadiyyat