Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir

Tarix: 20 Jan 2026 16:33

“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır”.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.

“Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm”, - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.

Birləşmiş Ərəb Əmirlikləri “Zayed İnsan Qardaşlığı Mükafatı” “Euronews” televiziyası Davos

Xəbər Lenti