Prezident: Azərbaycanla Ermənistan artıq sülh və əmin-amanlıq şəraitində yaşamağın nəticələrini əyani şəkildə daha çox nümayiş etdirməlidir

Tarix: 20 Jan 2026 19:45

“Hər iki ölkə (Azərbaycan və Ermənistan) artıq sülh və əmin-amanlıq şəraitində yaşamağın nəticələrini əyani şəkildə daha çox nümayiş etdirməlidir ki, biz öz cəmiyyətlərimizin də qarşılıqlı olaraq bu prosesə tam bir töhfəsini görək”.

APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

Bununla bağlı çox nikbin olduğunu vurğulayan dövlət başçısı deyib ki, əldə edilən nailiyyət, sözün əsl mənasında, həm Azərbaycan, həm Ermənistan, həm də Cənubi Qafqaz üçün böyük bir töhfədir.

Firuzə Vahid

Xəbər Lenti