Ermənistan Prezidenti: Əminəm ki, bir gün Azərbaycandan yükləri birbaşa öz ərazimizdən qəbul edə biləcəyik

Tarix: 20 Jan 2026 19:44

Cənab Əliyevin də bir az əvvəl qeyd etdiyi kimi, biz sülh naminə addımlar atmağın, sülhü təsdiqləyən real hərəkətlərin mümkün olduğunu göstərən siyasi iradə və siyasi cəsarət ortaya qoymuşuq.

APA xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

"30 ildən artıq müddətdən sonra birdən-birə biz belə bir şəraitdə yaşayırıq. Məhz buna görə də bir il əvvəl, iki il əvvəl bu cür vəziyyətə nail ola biləcəyimiz ağlasığmaz görünürdü. Halbuki indi Ermənistan Respublikası Gürcüstan ərazisi vasitəsilə Azərbaycandan yüklər qəbul edə bilir. Əminəm ki, bir gün bu yükləri birbaşa öz ərazilərimizdən də qəbul edə biləcəyik", - Ermənistan Prezidenti qeyd edib.

Ermənistan Prezidenti

Xəbər Lenti