Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 20:41
“Bu il keçən ildən daha pis, gələn il isə bu ildən daha pis olacaq”.
APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“Keçən il İkinci Dünya Müharibəsindən sonrakı ən pis il oldu, müxtəlif ölkələr və ya ölkələr daxilində bir sıra müharibələr başladı. Bu il keçən ildən daha pis, gələn il isə bu ildən daha pis olacaq. Hamı sülhdən danışır, başqasını nəyəsə riayət etməməkdə, kiməsə hörmət etməməkdə günahlandırır. Amma sonda hər kəs öz milli maraqlarının qayğısına qalır. Heç kim çoxtərəfliliyə əhəmiyyət vermir. Bu, hamımızın keçmişdə etdiyimiz ən böyük səhvdir. İndi isə heç kim bunu düzəldə bilməz. Mən heç də nikbin deyiləm. Biz dəyişkən və qeyri-müəyyənlik dünyasına yeni qədəm qoymuşuq. Əmin deyiləm ki, gələcək illərdə bunun öhdəsindən gələ biləcəyik”, - deyə Serbiya Prezidenti bildirib.
Firuzə Vahid