Aleksandar Vuçiç: Prezident İlham Əliyevi şəxsi dostum hesab edirəm

Tarix: 20 Jan 2026 20:33

“Prezident İlham Əliyevi şəxsi dostum hesab edirəm”.

APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Serbiya Azərbaycan və Ermənistanı dost ölkələr hesab edir. Mən Prezident Xaçatryanı şəxsən Prezident İlham Əliyev qədər yaxşı tanımıram. Prezident İlham Əliyevi isə şəxsi dostum hesab edirəm. Bir yerdə olduğumuz zaman daha güclü oluruq. Qafqaz ölkələri əsas vasitəçi, eyni zamanda Avropa ilə Asiya arasında görüş nöqtəsi oldu. Əslində, hamımız Avropa Siyasi Birliyinin üç üzvüyük, eyni yolu seçməliyik”, - deyə Vuçiç qeyd edib.

Firuzə Vahid

Xəbər Lenti