Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir

Tarix: 20 Jan 2026 20:15

“Əgər regional nailiyyətlərimiz olmasa, istədiklərimizə nail olmasaq, qlobal töhfələr mümkün olmayacaq. Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir”.

APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Mən inanıram ki, həm Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər də paralel olaraq eyni vaxtda bərqərar olacaq”, - deyə dövlət başçısı əlavə edib.

Firuzə Vahid

Xəbər Lenti