Ermənistan Prezidenti Türkiyə ilə sərhədlərin açılmasını vacib sayır

Tarix: 20 Jan 2026 20:02

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Türkiyə ilə sərhədlərin açılmasını vacib sayır.

APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Siyasətdə deyildiyi kimi, maraqlar var. Lakin bu maraqlar ölkələrimizin iqtisadi inkişafı, rifahımız, qonşularımızla dostluq, sülh və yaxşı münasibətlərlə bağlıdır. Türkiyə məsələsinə də eyni yanaşma tətbiq olunur. Əgər bu maraqları axtarmağa çalışsaq, taparıq. Amma onları xüsusi olaraq axtarmağa ehtiyac yoxdur. Sərhədləri açmalıyıq. Ermənistan Respublikasının da sülh prinsipinə, qonşularla dostluq münasibətlərinə və bir-birimizə faydalı olmağa uyğun gələn maraqları var. Bu isə qarşılıqlı maraqdır”.

Firuzə Vahid

Xəbər Lenti