Prezident İlham Əliyev: Vəziyyəti nəzarət altına alsaq, o zaman xalqların uğur qazanması mümkündür

Tarix: 20 Jan 2026 20:01

“Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Aleksandarla (Vuçiç – red.) razıyam ki, bu gün vəziyyətimiz ola bilsin əvvəlki illərlə müqayisədə daha kəskindir”.

APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Amma mən onun müəyyən, yəni bədbin fikirlərini bölüşmürəm. Çünki vəziyyəti nəzarət altına alsaq, milli maraqlarımızla bağlı öhdəlikləri kifayət qədər götürsək, o zaman xalqların uğur qazanması mümkündür”, - deyə dövlət başçısı əlavə edib.

Firuzə Vahid

Xəbər Lenti