Prezident İlham Əliyev: Azərbaycanda ikinci mühüm neft bumu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var

Tarix: 21 Jan 2026 02:46

Biz qaz hasilatını artırır, neft hasilatını azaldırıq. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Bu barədə danışmaq üçün hələ tez olduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Əgər beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə, Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var”.

Xəbər Lenti