Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 10:33
Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib.
“Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik”, - Şarl Mişel vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
Avropa İttifaqı Şurası Şarl Mişel “Zayed İnsan Qardaşlığı Mükafatı”