Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 10:30
2025-ci il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 49,4 mlrd. ABŞ dollarına çatıb.
"APA-Economics" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,8 % çoxdur.
Bu dövr üzrə ixracın həcmi 5,7% azalaraq 25,04 mlrd. dollara çatıb. İdxal isə 15,8% artaraq 24,4 mlrd. dollara bərabər olub.
Bu isə xarici ticarət saldosuna mənfi təsir edib. Belə ki, ötən il xarici ticarətin müsbət saldosu 8,3 dəfə azalaraq 663 mln. dollara enib. Halbuki, 2024-cü ildə bu rəqəm 5,5 mlrd. dollar təşkil etmişdi.
Rahim Tarıverdiyev xarici ticarət dövriyyəsi idxal ixrac