Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb

Tarix: 21 Jan 2026 11:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb.

APA-nın Davosa ezam olunmuş müxbiri xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub.

Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Andrey Babiş Prezident İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı da öz növbəsində Çex Respublikasının Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət edib.

Hər iki dəvət məmnunluqla qəbul olunub.

Firuzə Vahid Prezident İlham Əliyev Davos Çexiya Andrey Babiş

Xəbər Lenti