Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 13:37
“Azər-Türk Bank”ın İdarə Heyətinə yeni sədr seçilib.
"APA-Economics"in əldə etdiyi məlumata görə, bu vəzifəyə səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə Nəbiyeva Günel Nizami qızı təyin edilib.
Qeyd edək ki, Günel Nəbiyeva 15 ildən artıq müddətdə bank sektorunda çalışıb. G.Nəbiyeva 2022–2025-ci illərdə “Azər-Türk Bank”ın Müşahidə Şurasının üzvü olub, 2025-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və sədr müavini təyin edilmişdi.
Rahim Tarıverdiyev Azər-Türk Bank bank