Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 14:04
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampla apardığı telefon danışığının səmərəli keçdiyini bildirib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan müzakirə edilən mövzular arasından Suriya məsələsinin əsas yer tutduğunu bildirib.
“İŞİD-lə birgə mübarizə də daxil olmaqla, Suriyanın təhlükəsizliyinə töhfə verəcək bir çox mühüm məsələni ətraflı şəkildə müzakirə etdik. Dünən imzalanan razılaşmanın icrası ilə ən qısa zamanda təşkilatın nəzarəti altında olan digər ərazilər və orada yaşayan mülki əhali də azadlığına qovuşacaq. Beləliklə, hər kəsin özünü təhlükəsiz hiss etdiyi, bütövləşmiş bir Suriya qurulmuş olacaq”, - Ərdoğan qeyd edib.
Dəryanur Cəfərova Türkiyə ABŞ Ərdoğan Tramp Suriya İŞİD