Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 21 Jan 2026 16:29
"SOCAR Karbamid" zavodunun əsas hədəfi gübrəyə olan daxili tələbatı ödəməkdir.
"APA-Economics xəbər verir ki, bu barədə zavoda təşkil olunan media-tur çərçivəsində müəssisənin direktoru Kutay Durna bildirib.
Onun sözlərinə görə, zavod istehsalı etdiyi məhsulun 85-90%-ni ixraca yönəldir.
"Yəni daxili bazardakı bütün fermerləri təmin etdikdən sonra 85-90%-lik yerdə qalan hissəni ixrac edirik. Hədəfimiz maksimum güclə istehsal etməkdir ki, müştəriyə də mal verə bilək. Bir sözlə, nə qədər istehsal ediriksə, hamısını sata bilirik. Yəni bizim satışlarla bağlı problemimiz yoxdur. Maksimum güclə istehsal etdiyimiz təqdirdə hamısını sata bilirik", - Kutay Durna qeyd edib.
Emil İsmayılov SOCAR Karbamid zavod daxili tələbat