Emin Əmrullayev türkiyəli həmkarı ilə görüşüb

Tarix: 21 Jan 2026 19:34

Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Günay Elşən Elm və Təhsil Nazirliyi Emin Əmrullayev Türkiyə Yusuf Tekin

Xəbər Lenti