Azərbaycan səfiri Rusiya müdafiə nazirinin müavini ilə görüşüb

Tarix: 21 Jan 2026 23:01

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Müdafiə Nazirliyində olub və müdafiə nazirinin müavini Vasili Osmakov ilə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş zamanı müdafiə nazirlikləri xətti ilə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb, 2026-cı ildə təmasların və qarşılıqlı səfərlərin qrafiki müzakirə olunub.

Hər iki tərəf 22 fevral 2022-ci il Müttəfiqlik Əməkdaşlığı haqqında Moskva Bəyannaməsinə uyğun olaraq hərbi-siyasi və hərbi-texniki sahələrdə ikitərəfli dialoqun və əməkdaşlığın inkişafına konstruktiv münasibəti təsdiqləyib.

Fərid Əkbərov

Xəbər Lenti