Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 22 Jan 2026 09:29

Son ticarət sessiyasında ABŞ fond indeksləri artım müşahidə edilib.

“APA-Economics” xəbər verir ki, Dow Jones Industrial Average 1,21% artaraq 49 077,23 bənd, S&P 500 1,16% yüksələrək 6 875,62 bənd səviyyəsində bağlanıb. Nasdaq Composite 1,18% artaraq 23 224,82 bənd, NYSE Composite isə 1,13% yüksələrək 22 726,50 bənd olub. Kanada bazarında S&P/TSX Composite 0,31% artaraq 32 851,53 bənd səviyyəsinə qalxıb.

Avropa fond bazarlarında isə qarışıq dinamika müşahidə edilib. Euro Stoxx 50 0,16% azalaraq 5 882,88 bənd, DAX isə 0,58% geriləyərək 24 560,98 bənd olub.

Bununla yanaşı, FTSE 100 0,11% artaraq 10 138,09 bənd, CAC 40 0,08% yüksələrək 8 069,17 bənd, IBEX 35 isə 0,06% artaraq 17 439,50 bənd səviyyəsində qərarlaşıb.

Analitiklərin fikrincə, ABŞ bazarlarında artım əsasən texnologiya və iri kapitallaşmaya malik şirkətlərin səhmlərinə artan tələblə, Avropada isə makroiqtisadi gözləntilər və fərqli monetar siyasət siqnalları fonunda investorların ehtiyatlı mövqeyi ilə bağlıdır.

Rahim Tarıverdiyev fond bazarları indeks birja

Xəbər Lenti