Komitə sədri: Gürcüstan bölgədə alternativ marşrutların açılmasını alqışlayır

Tarix: 22 Jan 2026 14:20

Gürcüstan bölgədə əlavə alternativ marşrutların açılmasını yalnız alqışlayır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Prosedur məsələlər komitəsinin sədri Davit Matikaşvili jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Gürcüstanın tranzit ölkə kimi rolu və funksiyası praktiki olaraq alternativsizdir.

“Gürcüstanın rolu azalmır, əksinə artır. Biz bölgədə Gürcüstanın da əhəmiyyətli töhfə verdiyi sülhün bərqərar olması fonunda əlavə marşrutlrarın açılmasını alqışlayırıq”, - Matikaşvili əlavə edib.

Cəmilə Babayeva Gürcüstan

Xəbər Lenti