Komitə sədri: Azərbaycanla Ermənistan arasında ticarətə görə Gürcüstan funksiyasını itirməyəcək

Tarix: 22 Jan 2026 14:05

Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması və ticarət əlaqələrinin qurulması ilə Gürcüstan hər hansı bir funksiyasını itirməyəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün qurulması Cənubi Qafqazı güclü inkişaf etmiş bölgəyə çevirməyə imkan verəcək.

“Ermənistan və Azərbaycan arasında 35 illik müharibə başa çatıb. Sülh əlbəttə ki, ticarət, logistika və nəqliyyat üçün yeni imkanlar yaradıb”, - Kadaqişvili əlavə edib.

Cəmilə Babayeva Azərbaycan Ermənistan Gürcüstan

Xəbər Lenti