Direktor: Milli Xalça Muzeyinin Şuşa filialı Qarabağ xalçaçılıq sənətinin öyrənilməsi məqsədilə yaradılıb - FOTO

Tarix: 22 Jan 2026 17:30

“Hazırda 7 kolleksiyanı özündə birləşdirən Azərbaycan Milli Xalça Muzeyində 10 mindən artıq eksponat qorunub saxlanılmaqdadır”.

Bu sözəri APA-ya Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının direktoru Babakişi İsrafilov bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalçalarının ən dolğun kolleksiyalarının qorunub saxlanıldığı və dünyada ilk ixtisaslaşmış xalça muzeyi 1967-ci ildə Bakıda yaradılıb: "19 may 1987-ci ildən etibarən Şuşa şəhərində yerləşən XIX əsrin tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanəsində Qarabağ xalçaçılıq sənətinin ənənələrinin öyrənilməsi qorunması və yaşadılması məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı fəaliyyətə başlayıb".

Babakişi İsrafilov əlavə edib ki, Qarabağ Ermənistan tərəfindən işğala məruz qaldığı dövrdə filialda qorunub saxlanılan sənət nümunələri Bakıya aparılıb: "Azərbaycan Respublikasında xalça sənətinin inkişafı və qorunmasına dair 2018-2022-ci il dövlət proqramı çərçivəsində bir çox təşkilatlarda, o cümlədən Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yerli və xarici xeyriyyəçilər və kolleksionerlər muzeyimizə öz dəyərli xalçalarını hədiyyə edib".

Elgün Gəncimsoy Azərbaycan Milli Xalça Muzeyi Şuşa xalça sənət Qarabağ işğal

Xəbər Lenti