Vitse-spiker: Gürcüstan Azərbaycan-Ermənistan tranzit əlaqələrinin qurulmasını alqışlayır

Tarix: 22 Jan 2026 18:21

Azərbaycan və Ermənistan arasında tranzit əlaqələrinin qurulması yalnız alqışlana bilər.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Giorgi Kaxiani “İmedi” telekanalının efirində deyib.

O qeyd edib ki, bir neçə illər öncə Azərbaycanla Ermənistan müharibə vəziyyətində olub və münaqişə regionda ağır nəticələr yaradıb:

“Sülhün bərqərar olması ilə bölgənin beynəlxalq investisiyalar üçün cəlbediciliyi daha da artacaq”.

Cəmilə Babayeva Gürcüstan Azərbaycan Ermənistan

Xəbər Lenti