Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Jan 2026 19:26
Bakıda səfərdə olan NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.
APA xəbər verir ki, bu barədə Radmila Şekerinska "X"-da bildirib.
Görüş zamanı NATO-Azərbaycan münasibətləri müzakirə olunub, eyni zamanda, regionda təhlükəsizlik sahəsində vəziyyətin inkişafı, eləcə də Ermənistan-Azərbaycan sülh prosesində növbəti addımlara dair fikir mübadiləsi aparılıb.
NATO Azərbaycan

